Dünya

"Avropa müdafiə sənayesi istehsalını 50 dəfə artırmalıdır" - Komissardan heyrətamiz ÇAĞIRIŞ

20 Feb 2026, 16:52 2 baxış
"Avropa müdafiə sənayesi istehsalını 50 dəfə artırmalıdır" - Komissardan heyrətamiz ÇAĞIRIŞ
"Avropa İttifaqı (Aİ) ölkələri müdafiə sənayesi istehsalını 50 dəfə artırmalıdır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu tələbi Madriddə keçirilən müdafiə forumunda Avropa Komissiyasının müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius səsləndirib. Komissarın sözlərinə görə, Ukrayna münaqişədən əvvəl müdafiə sənayesi istehsalını 50 dəfə artırdığını iddia edib: "Avropanın ambisiyaları da buna uyğun səviyyədə olmalıdır. Bunun üçün yeni zavodlar tikilməli, müasir avadanlıqlardan istifadə edilməli və ixtisaslı kadrlar cəlb olunmalıdır". Kubilius vurğulayıb ki, məqsədə çatmaq üçün Aİ ölkələri sənayedə silahlara uzunmüddətli və sabit tələbat yaratmalı, həmçinin şirkət investisiyalarının etibarlılığını təmin etmək üçün qanunvericilikdə böyük hərbi ehtiyatların saxlanması zərurətini təsbit etməlidirlər. Onun iddiasına görə, bu addımlar Avropada sülhün qorunması üçün vacibdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər