Kiyev əsl kompromislərə hazırdır - Zelenski
Kiyev əsl kompromislərə hazırdır, lakin müstəqilliyimiz və suverenliyimiz bahasına güzəştə getməyə hazır deyil.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Kyodo Nyus” nəşrinə müsahibəsində deyib.
“Cəbhə xəttində döyüşlərin dayandırılması mənasını verən olduğumuz yerdə dayanmaq təklifi artıq böyük bir kompromisdir. Rusiya bizə kompromis olaraq nə təklif edir? Onlar nə etməyə hazırdırlar? Onlar dedilər ki, "Biz sizin digər bölgələrinizi işğal etməməyə hazırıq". Amma bu, terrorizmdir. Hətta bu sözlərin özü də terrorizmdir. "Mən sizi öldürməməyə hazıram - bizə hər şeyi verin". Bu nə deməkdir? Bu, kompromis deyil. Bu, ultimatumdur. Buna görə də dedim ki, biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, ordumuza, xalqımıza və uşaqlarımıza hörmət edən kompromislərə hazırıq. Amma biz ultimatumlara hazır deyilik”, - Zelenski bildirib.