Dünya
ABŞ-dən qalxan naməlum təyyarədəki şəxsin KİM OLDUĞU ÜZƏ ÇIXDI
Vaşinqtondan qalxaraq Qrenlandiya, Norveç, Finlandiya və Rusiyanın hava məkanlarından keçərək uçan naməlum təyyarə Daşkəndə eniş edib. Məlum olub ki, təyyarədə ABŞ-dən qayıdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də olub. Oxu.Az xəbər verir ki, bu barədə "FlightAware"in məlumatında qeyd edilib. Bildirilib ki, Özbəkistan liderinin də göyərtəsində olduğu təyyarə fevralın 19-da yerli vaxtla saat 14:12-də (Bakı vaxtı ilə 23:12) Endryus aviabazasından qalxıb və fevralın 20-də saat 12:13-də (Bakı vaxtı ilə 11:13) Daşkəndə enib. Qeyd edək ki, Ş.Mirziyoyev Qəzza Sülh Şurasının ilk iclasında iştirak etmək üçün fevralın 17-dən 19-dək Vaşinqtonda olub. ABŞ-yə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsi Qazaxıstanın hava məkanına daxil olub. Oxu.Az xəbər verir ki, bu, fevralın 20-də "Flightradar" xidmətinin məlumatları ilə təsdiqlənib. Məlumata görə, təyyarə ABŞ-nin Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri aviabazasından havaya qalxıb. Hava gəmisi Qrenlandiya, Norveç və Finlandiya üzərindən uçub. Daha sonra Rusiyanın Murmansk vilayətindən keçərək Rusiya sərhədini adlayıb və radarlardan itib. Təyyarə səhər saat 9:10-da Qazaxıstan üzərindən uçarkən yenidən müşahidə xidmətləri tərəfindən aşkar edilib. Son məlumata görə, layner Özbəkistan və daha sonra Qırğızıstan sərhədini keçib. Təyyarənin bort nömrəsi məlum deyil. ABŞ-dən havaya qalxan naməlum təyyarə Rusiya ərazisi üzərində uçuş həyata keçirib. Oxu.Az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, hava gəmisinin bort nömrəsi və konkret hansı struktura mənsub olduğu "Flight radar" xidmətində göstərilməyib. "Təyyarə bir neçə saat əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Endryus aviabazasından qalxıb, Qrenlandiya, Norveç, Finlandiya səmasından keçib. Daha sonra Murmansk vilayətinin hava məkanına daxil olub", - deyə məlumatda qeyd edilib.
Mənbə
oxu.az