Digər
Arakçı Lavrova zəng etdi
Rusiya xarici işlər naziri Sergey Lavrovla İran xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər İranın nüvə proqramı ətrafındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Cenevrədə keçirilmiş ABŞ-İran təmaslarının nəticələrinə xüsusi diqqət yetirilib.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Mənbə
axar.az