Dünya

Rusiya neftinin qiymət tavanı endirildi: Yeni məhdudiyyətlər

20 Feb 2026, 13:46 2 baxış
Rusiya neftinin qiymət tavanı endirildi: Yeni məhdudiyyətlər
Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib və bu ölkənin neftinin qiymət tavanını Avropa İttifaqı (Aİ) tərəfindən daha əvvəllər müəyyən edilmiş səviyyəyə - bir barel üçün 44.10 dollara endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub. Nazirlik bəyan edib ki, 20 fevral 2026-cı il tarixindən etibarən sanksiyalar siyahısına düzəlişlər olunub və bu, 23 şəxsə, 13 müəssisəyə və 100 dəniz gəmisini əhatələyir. Həmçinin bildirilib ki, Rusiya mənşəli xam neftin qiymət həddi bir barel üçün 47.60 dollardan 44.10 dollara endiriləcək. Yeni Zelandiyada iqtisadi məhdudiyyətlər tətbiq etdiyi təşkilatların və vətəndaşların yenilənmiş reyestrinə əsasən, buraya Rusiyanın "Garantex" kriptovalyuta birjasının rəhbərləri və Vellinqtonun Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduqlarını hesab etdiyi bir neçə Rusiya vətəndaşı, eləcə də İranın aparıcı PUA (pilotsuz uçuş aparatı - dron) istehsalçısı olan "Qods Aviation Industries" şirkətinin üç nümayəndəsi daxil edilib. Xatırladaq ki, 2022-ci ilin mart ayından bəri Yeni Zelandiya hakimiyyəti Rusiya müəssisələrinə və vətəndaşlarına 35 dəfədən çox məhdudiyyətlər tətbiq edib. Hətta bunun üçün yerli parlament belə prosedurları asanlaşdıran xüsusi qanunlar təsdiqləyib. Ümumilikdə ticarət və maliyyə məhdudiyyətləri də daxil olmaqla, müxtəlif qadağalar Rusiya Prezidenti Vladimir Putin, hökumət üzvləri, Rusiya Təhlükəsizlik Şurasının rəhbərliyi, Dövlət Dumasının və Federasiya Şurasının deputatları da daxil olmaqla, 1800-dən çox Rusiya vətəndaşına təsir edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər