Dünya

Putindən maraqlı təyinat: Lavrovun müavinini Türkiyəyə səfir göndərdi

20 Feb 2026, 13:58 2 baxış
Putindən maraqlı təyinat: Lavrovun müavinini Türkiyəyə səfir göndərdi
Rusiya Prezidenti Vladimir Putin Sergey Verşinini xarici işlər nazirinin müavini vəzifəsindən çıxarıb və Türkiyəyə səfir təyin edib. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. 24 iyul 1954-cü ildə anadan olan Sergey Vasilyeviç Verşinin 1976-cı ildən diplomatik fəaliyyətə başlayıb, bir çox ölkələrdəki səfirliklərdə müxtəlif vəzifələr tutub. 2011-ci ildən etibarən eyni vaxtda Rusiya xarici işlər nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi olub. Brüssel "dörd"lüyünün (Avropa İttifaqı, BMT, ABŞ və Rusiya Federasiyası) Fələstin-İsrail münaqişəsi üzrə danışıqlarında Rusiyanı təmsil edib. 2013-cü ildən Suriyada nizamlanma üzrə beynəlxalq məsləhətləşmələrdə iştirak edib. Habelə İsveçrənin Cenevrə şəhərində Suriya müxalifəti ilə görüşlərdə və Avstriyanın Vyana şəhərində Suriya üzrə danışıqlarda iştirak edib. 27 mart 2018-ci ildən Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini vəzifəsində çalışıb. 2007-ci ildən "fövqəladə və səlahiyyətli səfir" diplomatik rütbəsinə malikdir. Ərəb, fransız və ingilis dillərini bilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər