Digər
Rusiyada turistləri daşıyan avtomobil gölə düşdü, 8 nəfər öldü
Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb.
Axar.az xəbər verir ki, buzun üstündə hərəkət edən UAZ mikroavtobusu buzun altına gedib və göldə batıb.
Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib.
UAZ Çindən ekskursiyaya gələn turistləri daşıyırmış. Sürücü göldəki çatı hiss etməyib və nəqliyyat vasitəsi buzun altına gedib.
BAZA-nın məlumatına görə, nəqliyyat vasitəsindəki doqquz nəfərdən yalnız biri turist xilas ola bilib. İlkin məlumata görə, yerli sürücü və yeddi Çin vətəndaşı ölüb.
Mənbə
axar.az