Dünya

Klintonlar məhkəmədə ifadə verəcəklər

20 Feb 2026, 12:52 2 baxış
Klintonlar məhkəmədə ifadə verəcəklər
ABŞ-nin keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton pedofil maliyyəçi Ceffri Epşteynin cinayət işi üzrə Konqresin Nümayəndələr Palatasında ifadə verməyə razılaşıblar. Oxu.Az bildirir ki, bu barədə "NBC News" telekanalı məlumat verib. "Klintonlar daha əvvəl - keçən il komitədə ifadə verməli idilər, lakin bu təxirə salınmışdı", - deyə xəbərdə qeyd olunub. Cütlük 26 və 27 fevral tarixlərində ABŞ parlamentinin aşağı palatasının Nəzarət Komitəsində ifadə verəcəklər. Qeyd edək ki, Klintonların Epşteyn işi üzrə ifadə verməyə razılaşması xəbəri hələ fevralın 3-də yayılmışdı. Buna qədər isə onlar hər cür ifadə verməkdən imtina edirdilər. Açıq məktubda cütlük bildirib ki, məhkəmədə ifadə vermələri tələbi siyasi motivli təqibdir və hüquqi cəhətdən icra edilə bilməz.
Mənbə oxu.az

Oxşar Xəbərlər