Digər
Putin Lavrovun müavinini Türkiyəyə səfir göndərdi
Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edərək Türkiyə Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edək ki, Sergey Verşinin 2018-ci ilin 27 mart tarixindən Rusiya xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, Rusiya XİN-də Yaxın Şərq və Şimali Afrika ölkələri ilə əlaqələri kurasiya edib.
Mənbə
axar.az