Digər

Ukrayna ordusunun 4 ildə verdiyi itki - Rusiya açıqladı

20 Feb 2026, 11:12 2 baxış
Ukrayna ordusunun 4 ildə verdiyi itki - Rusiya açıqladı

Ukrayna Silahlı Qüvvələri 2022-ci ildən bu yana ümumilikdə 1,5 milyondan çox canlı qüvvə itirib.


Axar.az xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy deyib.


Onun sözlərinə görə, təkcə 2025-ci ildə Ukrayna ordusunun itkiləri 520 mindən çox olub.


Rudskoy əlavə edib ki, 2025-ci il ərzində təxminən 6 700 tank və zirehli texnika, eləcə də 12 mindən artıq top və minaatan məhv edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər