Dünya

Çində yanğından qayıdan xilasedicilər QƏZAYA DÜŞDÜLƏR: Ölənlər var

20 Feb 2026, 10:28 2 baxış
Çində yanğından qayıdan xilasedicilər QƏZAYA DÜŞDÜLƏR: Ölənlər var
Çinin Hunan əyalətində yanğınsöndürən maşınının uçurumdan aşması nəticəsində altı xilasedici həlak olub, daha biri isə xəsarət alıb. Oxu.Az xəbər verir ki , bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Hadisə fevralın 19-u axşam saatlarında Sinxua dairəsində baş verib. Məlumatda qeyd edilib ki, yanğınsöndürənlər Luquan qəsəbəsində baş verən yanğını söndürdükdən sonra depoya qayıdırmışlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəbini müəyyənləşdirirlər, zərərçəkənə tibbi yardım göstərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər