Digər
Məşhur mağazanın sahibi müəmmalı şəkildə öldü
"ASOS" onlayn-mağazasının həmtəsisçisi Kventin Qriffits Tailandda müəmmalı şəraitdə dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Britaniya mediası yayıb.
Onun 17-ci mərtəbədə yerləşən mənzilindən yıxılaraq həlak olduğu bildirilir.
Vurğulanıb ki, Qriffits son vaxtlar tailandlı keçmiş həyat yoldaşı ilə münaqişə vəziyyətində olub. Qadın onların birlikdə idarə etdikləri şirkətdən 500 min funt sterlinq məbləğində vəsaiti mənimsəməkdə ittiham edilir.
Qeyd edək ki, "ASOS" 2000-ci ildə Londonda təsis edilmiş Böyük Britaniyaya məxsus geyim və kosmetika onlayn mağazasıdır. Şirkət əsasən gənc kütləyə hədəflənib.
Mənbə
axar.az