Digər

Məşhur aktyor 53 yaşında öldü

20 Feb 2026, 10:51 2 baxış
Məşhur aktyor 53 yaşında öldü

Amerikalı məşhur aktyor Erik Deyn vəfat edib.


Axar.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.


Məlumata görə, o, “Qreyin Anatomiyası” serialında Mark Sloan rolunu ilk dəfə canlandırmasının 20-ci ildönümündə dünyasını dəyişib.


“Dərin kədər hissi ilə bildiririk ki, Erik Deyn cümə axşamı günortadan sonra amiotrofik lateral skleroz (ALS) xəstəliyi ilə apardığı mübarizədən sonra vəfat edib. O, son günlərini əziz dostlarının, sədaqətli həyat yoldaşının və həyatının mərkəzi olan iki gözəl qızı Billi və Corciyanın yanında keçirib”, – Deynin ailəsi nəşrə açıqlamasında bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər