Digər

Qorxuram ki, bir gün amerikalılar... - Orban

20 Feb 2026, 08:30 2 baxış
Qorxuram ki, bir gün amerikalılar... - Orban

Avropa Birliyi (AB) liderlərinin Ukrayna konfliktinin həllində ABŞ-ın vasitəçilik səylərinə mane olmaq cəhdləri onun danışıqlar prosesindən çıxması ilə nəticələnə bilər.


Axar.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban deyib.


“Qorxuram ki, amerikalılar qəfil yığışıb, Rusiya-Ukrayna danışıqlarını tərk edəcəklər. Bu gün vəziyyət elədir ki, onu heç bir mürəkkəb linqvistik fəndlərlə gizlətmək mümkün deyil. Prezident Tramp israrla razılaşma əldə etməyə çalışsa da, avropalılar hər addımda onun qarşısını kəsirlər”, - deyə Orban bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər