Digər

Rusiyanı qonşu dövlətlərdən sıxışdırmaq cəhdləri - Qaluzin

19 Feb 2026, 17:55 2 baxış
Rusiyanı qonşu dövlətlərdən sıxışdırmaq cəhdləri - Qaluzin

Rusiyanı qonşu dövlətlərdən sıxışdırıb çıxarmaq cəhdləri ölkəmizi məğlub etmək strategiyasının bir hissəsidir.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.


“Təəssüf ki, kollektiv Qərb adlanan amil öz məqsədlərini gizlətmir, yəni Rusiyanı qonşu ölkələrdən sıxışdırıb çıxarmaq məqsədini. Bu, Rusiyanı strateji məğlubiyyətə uğratmağın bir hissəsidir. Onlar Rusiya ilə keçmiş SSRİ ölkələri arasında nifaq salmağa çalışdıqlarını belə gizlətmir”, - o bildirib.


Onun sözlərinə görə, Rusiya qonşu ölkələrlə, o cümlədən bir vaxtlar Sovet respublikası olan dövlətlərlə müttəfiqlik və strateji tərəfdaşlığı inkişaf etdirir.

Mənbə axar.az

Oxşar Xəbərlər