Siyasət

Marie Line Sakilian: "Ənənəvi məsələlər kolonial inzibati sistemin nəzarətinə verilib"

19 Feb 2026, 15:31 1 baxış
Marie Line Sakilian: "Ənənəvi məsələlər kolonial inzibati sistemin nəzarətinə verilib"
"Kanaklar üçün fransız assimilyasiyası sadəcə inzibati tədbir olmayıb, bu, həm də insanın təbiətini belə dəyişdirməyi hədəfləyən siyasi bir layihə olub". Oxu.Az xəbər verir ki, bu sözləri Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilian Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" adlı beynəlxalq konfransda deyib. O bildirib ki, kolonializm yerli iqtisadi sistemi dağıdıb, xarici idarəetmə strukturları tətbiq edilib və resurslarımız imperiya mərkəzlərinin xeyrinə sərf edilib: "Assimilyasiya isə bu maddi istismar prosesini mədəni təsirlərlə tamamlayırdı". "Bu siyasət isə üç əsas sahəyə təsir edib. Birincisi, dil və antropologiyadır. Fransız dili yeganə qanuni dil kimi tətbiq olunub, Kanak dili və təhsil sistemi kənarlaşdırılıb. İkincisi, sosial strukturlardır. Ənənəvi məsələlər kolonial inzibati sistemin nəzarətinə verilib, səlahiyyətlərin üst-üstə düşməsi və sosial parçalanma yaranıb. Üçüncüsü, kollektiv şüurdur. Assimilyasiya nəsillərarası travmalara, özünü aşağı qiymətləndirməyə və sosial əlaqələrin zəifləməsinə səbəb olub. Bu təsirlər davranışa, psixi sağlamlığa və həm fərdi, həm də kollektiv münasibətlərə ciddi təsir göstərib", - deyə yeni kaledoniyalı parlamentari vurğulayıb. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər