Dünya
ABŞ-də uğursuz edam cəhdi həbsxana rəhbərinin istefası ilə nəticələndi
ABŞ-nin Tennessi ştatının həbsxana sisteminin rəhbəri Frank Strada uğursuz edam cəhdindən sonra vəzifəsindən istefa verəcək. Oxu.Az AP-yə istinadən xəbər verir ki, Strada oktyabr ayında vəzifəsini tərk edəcək. Qeyd edək ki, sentyabrın 30-da Tennessi ştatının Neşvill şəhərindəki həbsxanada ölüm cəzasına məhkum edilmiş Krista Payka ölümcül preparatdan iki doza vurulub. Lakin edam baş tutmayıb və Payk xəstəxanaya yerləşdirilib. Onun vəkillərinin bildirdiyinə görə, qadın huşsuz vəziyyətdə süni tənəffüs aparatına qoşulub. Paykın vəkilləri hesab edirlər ki, venadaxili xətlərin yerləşdirilməsi ilə bağlı problem preparatın qan dövranına deyil, bədən toxumalarına keçməsinə səbəb olub. Hadisədən sonra Tennessi qubernatoru Bill Li müstəqil araşdırma başladıb və ştatda digər edamların keçirilməsini dayandırıb. Payk Tennessidə 200 ildən artıq müddətdə edam ediləcək ilk qadın olmalı idi. O, 1995-ci ildə 19 yaşlı Kolin Slemmerin qətlində təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.
Mənbə
oxu.az