Digər
"OMİD" Mağazalar Şəbəkəsindən növbəti "BÖYÜK FÜRSƏT" kampaniyası - 50%-dək endirim var
Çoxsaylı müştəri müraciət və gözləntilərini nəzərə alan "OMİD" Mağazalar Şəbəkəsi növbəti "BÖYÜK FÜRSƏT" kampaniyasına start verir. Kampaniya Xutor, Yasamal, Yeni Yasamal, Sumqayıt və Saray qəsəbəsində yerləşən "OMİD" mağazalarını əhatə edir. 20, 21 və 22 fevral tarixlərində, cəmi üç gün müddətində yalnız qeyd olunan filiallarda seçilmiş məhsullara 50%-dək endirim tətbiq ediləcək. Kampaniya çərçivəsində alıcılar böyük məişət texnikalarından başlayaraq kiçik mətbəx avadanlıqlarınadək məişət üçün zəruri geniş məhsul çeşidini xüsusi endirimli qiymətlərlə əldə edə biləcəklər. Bundan əlavə, endirimli məhsulların alışında taksit kartları və daxili kredit şərtləri də keçərli olacaq. Beləliklə, "OMİD" müştərilərə həm yüksək endirim, həm də rahat və əlverişli ödəniş imkanı təqdim edir. "OMİD" Mağazalar Şəbəkəsi hər kəsi üç gün davam edəcək "BÖYÜK FÜRSƏT" kampaniyasından yararlanmağa dəvət edir. "OMİD": Xeyirli alış-verişlər
Mənbə
oxu.az