Digər
Pakistanda güclü partlayış: 16 ölü, 14 yaralı - Video
Pakistanın Kəraçi şəhərində yaşayış binasında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində qadın və uşaqlar da daxil olmaqla 16 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Binanın bir hissəsi dağılıb.
Partlayışın baş verdiyi əraziyə çoxlu sayda xilasetmə qrupu cəlb edilib. Xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışırlar.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Mənbə
axar.az