Siyasət

Gürcüstanlı nazir: "Tramp marşrutu" region üçün yaxşı haldır"

19 Feb 2026, 13:56 1 baxış
Gürcüstanlı nazir: "Tramp marşrutu" region üçün yaxşı haldır"
"Bəzi siyasətçilər Ermənistan və Azərbaycan arasındakı münasibətlərdən sui-istifadə etməyə və heç bir yolun əvəz edə bilməyəcəyi Gürcüstanın strateji funksiyasını kiçiltməyə çalışırlar". Oxu.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Tbilisi tikilməkdə olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) Gürcüstandan keçən marşrutla rəqabət aparan yol kimi görmür: "Yeni istiqamətlərin ortaya çıxmasına baxmayaraq, Gürcüstan qlobal geosiyasi xəritədə strateji əhəmiyyətini qoruyub saxlayır. Yeni yollar regionun əlaqə baxımından əhəmiyyətini artıracaq. Bu, region üçün yaxşı haldır". Nazir qeyd edib ki, üç-dörd yeni marşrut əlavə olunsa belə, bunlar Qərb və Şərq arasında böyük yük axınına kifayət etməz.
Mənbə oxu.az

Oxşar Xəbərlər