Siyasət
BMT rəsmisi: "WUF13 hökumətlər üçün strateji platformadır"
"WUF13 Asiya-Sakit Okean regionunun hökumətlərinə, şəhər rəhbərlərinə, vətəndaş cəmiyyətlərinə tərəfdaşlıqları gücləndirmək və qlobal dialoqlara töhfə vermək üçün strateji imkan təqdim edir". Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin "UN-Habitat Bangkok Multicountry Office"nin rəhbəri Srinivasa Popuri WUF13 ilə bağlı keçirilən onlayn brifinqdə səsləndirib. O bildirib ki, Asiya-Sakit Okean regionu qlobal şəhər transformasiyasının ön cəbhəsindədir: "Bizim şəhərlərimiz iqtisadi artımın, innovasiyaların və rəqəmsal inkişafın aparıcı qüvvəsidir. Eyni zamanda, onlar bir sıra mürəkkəb çağırışlarla üzləşir: şəhərlərin sürətlə genişlənməsi, mənzil əldə edilməsinin çətinliyi, sosial təcrid, infrastruktur çatışmazlığı, təbii fəlakətlər və ən əsası iqlim dəyişiklikləri. WUF13 Asiya-Sakit Okean regionunun hökumətləri, şəhər liderləri, gəncləri, vətəndaş cəmiyyətləri və özəl sektor üçün şəhər siyasəti üzrə həlləri müzakirə etmək, tərəfdaşlıqları gücləndirmək və qlobal dialoqlara töhfə vermək üçün strateji imkan təqdim edir". Məlik Məlikov
Mənbə
oxu.az