Digər
Yaponiya Ukraynaya 20 milyard dollar yardım edib
Yaponiya hökumətinin Ukraynaya verdiyi ümumi yardımın məbləği 20 milyard dollardır.
Axar.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi deyib.
“Yaponiyanın əsasən G7 ölkələri ilə əməkdaşlıq çərçivəsində gördüyü tədbirlərə gəldikdə isə biz humanitar yardım, maliyyə yardımı, bərpa və yenidənqurma işlərinə dəstək daxil olmaqla, ümumilikdə 20 milyard dollar məbləğində yardım ayırdığımızı elan etdik”, - o bildirib.
Mənbə
axar.az