Digər

Almaniyanın nüvə silahı olacaqmı? - Merz nöqtəni qoydu

18 Feb 2026, 21:20 2 baxış
Almaniyanın nüvə silahı olacaqmı? - Merz nöqtəni qoydu

Mən Almaniyanın öz nüvə silahına sahib olması məsələsini hətta nəzərdən keçirməsini belə istəmirəm.


Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.


O, 1970-ci il tarixli Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT), həmçinin 1990-cı ildə Almaniyanın birləşməsi ilə bağlı imzalanmış “2+4” müqaviləsinə istinad edib.


Merz xatırladıb ki, hazırda Almaniyanın qərbində ABŞ-ın nüvə silahlarını daşımaq imkanına malik Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” qırıcıları yerləşir.


“Teorik olaraq bu mexanizmi Böyük Britaniya və Fransanın nüvə silahlarına da şamil etmək mümkün olardı”, – deyə Merz bildirib.


Qeyd edək ki, bəzi mətbuat orqanlarının məlumatına görə, Almaniyanın qərbində ABŞ-ın onlarla nüvə bombası yerləşdirilib. “Die Zeit” qəzetinin yazdığına görə, ümumilikdə Avropada təxminən 100 belə bomba mövcuddur.

Mənbə axar.az

Oxşar Xəbərlər