Digər
Ukraynaya silah göndərməyəcəyik - Okamura
Biz artıq silahlanmaya pul xərcləməyəcəyik, yəni Ukraynaya silah göndərməyəcəyik.
Axar.az xəbər verir ki, bunu Çexiya parlamentinin spikeri Tomio Okamura deyib.
“Çexiya artıq öz müdafiə qabiliyyətini gücləndirməyə diqqət yetirəcək. Bunun üçün təxminən ÜDM-in 2%-i həcmində xərclər kifayətdir, çünki artıq bu məbləğə Ukrayna üçün nəzərdə tutulan vəsaitlər daxil edilməyəcək”, - Okamura bildirib.
Mənbə
axar.az