Digər
Slovakiyada neft çatışmazlığı: Milli böhran elan edildi
Slovakiya hakimiyyəti neft çatışmazlığı səbəbindən ölkədə milli neft böhranı elan edib.
Axar.az xəbər verir ki, bu barədə Slovakiyanın "Pravda" qəzeti məlumat yayıb.
"Slovakiya hökuməti Dövlət Material Ehtiyatları İdarəsinin təklifi ilə neft sektorunda fövqəladə vəziyyət elan edib. Bu, "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünün müvəqqəti dayandırılması ilə bağlıdır.
Nazirlər Kabinetinin strateji neft ehtiyatlarının bir hissəsini ölkənin yeganə neft emalı zavodunu idarə edən "Slovnaft" şirkətinə kredit şəklində vermək qərarına gəldiyi bildirilib”, - nəşr qeyd edib.
Mənbə
axar.az