Siyasət

Mba Bikoro: "Müstəmləkəçilik əleyhinə təşkil edilən virtual muzey vacib bir təşəbbüsdür"

18 Feb 2026, 15:52 1 baxış
Mba Bikoro: "Müstəmləkəçilik əleyhinə təşkil edilən virtual muzey vacib bir təşəbbüsdür"
"Düşünürəm ki, müstəmləkəçilik əleyhinə təşkil edilən virtual muzey vacib bir təşəbbüsdür və buna görə Bakı Təşəbbüs Qrupuna (BTQ) təşəkkür edirəm". Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə müstəmləkəçilik əleyhinə hazırlanan virtual muzeyin təqdimat mərasimində dekolonial tədqiqatlar sahəsində travma və psixi sağlamlıq mövzuları üzrə tədqiqatçı, "Qara Sivilizasiya" muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro deyib. O bildirib ki, bu muzey müstəmləkəçi qüvvələrin yerli xalqları istismar etdiyinin göstəricisidir: "Biz bu platforma sayəsində bir çox insanın bilmədiyi faktları ictimaiyyətə təqdim edə biləcəyik. Həmçinin bu muzey təcrid olunmuş yerli xalqların da gələcəkdə özünümüdafiəsi üçün mühüm əhəmiyyət daşıyır". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər