Mədəniyyət
Mustafa Aşurova yeni vəzifə verildi
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub. Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib. Qeyd edək ki, Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
Mənbə
oxu.az