Siyasət

Bakı və Belqrad arasında strateji tərəfdaşlıq: Yeni enerji dövrü başlayır - VİDEO

16 Feb 2026, 20:54 1 baxış
Bakı və Belqrad arasında strateji tərəfdaşlıq: Yeni enerji dövrü başlayır - VİDEO
Belqradda keçirilən Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası iki ölkə münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Dövlət başçılarının təkbətək görüşü, geniştərkibli müzakirələr və imzalanan sənədlər siyasi, iqtisadi və xüsusilə enerji sahələrində əməkdaşlığın strateji dərinliyini nümayiş etdirir. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
"İmzalanan sənədlər energetika, kənd təsərrüfatı, media, mədəniyyət, idman, tibbi sığorta və qida təhlükəsizliyi sahələrini əhatə edir. Bu sənədlər arasında birgə inşa ediləcək qaz-turbin elektrik stansiyası layihəsi xüsusi çəkiyə malikdir", - deyə materialda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər