Şou biznes

Spilberq və Kepşoudan xeyirxah addım

16 Feb 2026, 08:02 1 baxış
Spilberq və Kepşoudan xeyirxah addım
Məşhur rejissor Stiven Spilberq və həyat yoldaşı Keyt Kepşou fevralın 11-də kolorektal xərçəngdən vəfat edən aktyor Ceyms Van Der Bikin ailəsinə dəstək məqsədilə yaradılmış fonda 25 min dollar ianə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Məlumata görə, "GoFundMe" platformasında başladılan yardım kampaniyası aktyorun həyat yoldaşı Kimberli Van Der Bikin rəfiqələri tərəfindən təşkil edilib. İlkin mərhələdə 250 min dollar toplanması nəzərdə tutulsa da, fevralın 12-nə olan məlumata əsasən, ianələrin ümumi məbləği artıq 1,8 milyon dolları ötüb. Yardım çağırışına 35 mindən çox insan qoşulub, bəzi xeyriyyəçilər isə müntəzəm aylıq ödənişlər etməyə başlayıblar. Böyük məbləğdə ianə edənlər arasında "Acıqlı" filminin rejissoru Con M.Çu və prodüser Qay Osiri (hər biri 10 min dollar), həmçinin Marla Meyplz Fondu (5 min dollar) da yer alıb. Ən böyük anonim ianə isə 30 min dollar təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər