Şou biznes
Hollivud ulduzu 2025-ci ilin ən sevdiyi filmindən danışdı
Tanınmış Hollivud ulduzu, "Dune" filminin qəhrəmanı Timoti Çalamet həmkarı Elle Fanninglə ("Yırtıcı: Ölüm planeti") bir araya gələrək maraqlı müzakirə aparıb. Oxu.Az-ın rambler.ru-ya istinadla verdiyi məlumata görə, "Möhtəşəm Marti" filminin ulduzu söhbət zamanı "Sentimental dəyər" adlı ekran işinə olan heyranlığını gizlətməyib. T.Şalamenin sözlərinə görə, Fanninq rolu mükəmməl ifa edib və bu ekran əsəri onun 2025-ci ildə izlədiyi ən sevimli filmə çevrilib. O həmçinin rejissor Yoakim Triyerin ortaya qoyduğu peşəkar işi xüsusi vurğulayıb. "El Fanninq mənim 2025-ci ildəki ən sevimli filmim olan "Sentimental dəyər"də rol alıb. Mən bu filmə sadəcə bayılıram. O, orada möhtəşəm oynayıb. Rejissoru Yoakim Triyerin də əla iş görüb. Bu, həqiqətən valehedicidir", - deyə aktyor bildirib. T.Şalame həmçinin qeyd edib ki, Fanninq qarşıdan gələn "Oskar" - 2026 mükafatlandırma mərasimində "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasına tam layiqdir. Öz növbəsində aktrisa da "Möhtəşəm Marti" filminə görə "Ən yaxşı kişi rolu" nominasiyasında mübarizə aparan T.Şalameni dəstəkləyəcəyini bildirib.
Mənbə
oxu.az