İdman
"Qarabağ"ın matçı təxirə salınır?
Misli Premyer Liqasında bu gün keçirilməli olan XIX turun "Şamaxı"- "Qarabağ" matçı hava şəraitinə görə təxirə salına bilər. Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasının (PFl) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oyunun keçirilməsi üçün bütün addımlar atılır: "Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, "Şamaxı" klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əlbəttə ki, əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq". Qeyd edək ki, tura "Palms Sports Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.
Mənbə
oxu.az