Şou biznes
"Evdə tək" filminin ulduzu Ketrin O'Haranın ölüm səbəbi məlum oldu
"Evdə tək" filmində Makoley Kalkinin obrazının anasını canlandıran aktrisa Ketrin O'Haranın ölüm səbəbi ağciyər emboliyası olub. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" ölüm şəhadətnaməsinə istinadən məlumat yayıb. Los-Anceles dairəsindən verilən sənədə görə, 71 yaşlı aktrisanın ölümünün birbaşa səbəbi ağciyər emboliyası olub. Ölüm haqqında şəhadətnamədə əsas xəstəlik kimi yoğun bağırsaq xərçəngi göstərilir. Sənəddə, həmçinin aktrisanın kremasiya edildiyi bildirilir. Qeyd olunub ki, sənədi imzalayan onkoloq aktrisanı ötən ilin mart ayından müalicə edib və onu sonuncu dəfə yanvarın 27-də görüb. Ketrin O'Hara yanvarın 30-da Kaliforniyanın Santa Monika şəhərindəki xəstəxanada vəfat edib.
Mənbə
oxu.az