İdman

Neymarın yaşıl meydanlara qayıdacağı tarix açıqlandı

10 Feb 2026, 11:24 1 baxış
Neymarın yaşıl meydanlara qayıdacağı tarix açıqlandı
Braziliyalı ulduz Neymar bazar günü "Velo Club" ilə oyun üçün "Santos"un heyətində olacaq. Oxu.Az xəbər verir ki, eyni zamanda hücumçunun cümə axşamı günü "Atletiko"ya qarşı keçiriləcək növbəti liqa matçından əvvəl istirahət etməsi də mümkündür. Neymar sonuncu dəfə iki ay əvvəl "Kruzeyro"ya qarşı matçda meydana çıxmışdı. Dekabrın sonlarında hücumçu medial menisküsün cırılmasından sonra artroskopik əməliyyat keçirib. Qeyd edək ki, onun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Braziliyalı futbolçunun bazar dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər