İdman
Xəstəxanaya yerləşdirilən Mirça Luçeskunun vəziyyəti açıqlanıb
Futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçesku xəstəxanadan evə buraxılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Fanat1k" məlumat yayıb. 80 yaşlı mütəxəssis uzunmüddətli tibbi müayinədən keçdikdən sonra həkimlər onun xəstəxanadan evə buraxılmasına icazə veriblər. Luçeskunun tezliklə işinə qayıdacağı və milli komandanın 2026-cı il Dünya Kubokunun seçmə mərhələsinin martın 26-da Türkiyə ilə keçiriləcək pley-off oyununa hazırlığını davam etdirəcəyi gözlənilir. Xatırladaq ki, 80 yaşlı Luçesku yanvarın sonunda səhhətinin pisləşməsi və ürək problemləri səbəbindən təcili olaraq Rumıniyada xəstəxanaya yerləşdirilmişdi.
Mənbə
oxu.az