İdman
Azərbaycan millisi Gürcüstanda ikinci yoxlama oyununu keçirib
Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib. Oxu.Az AFFA-ya istinadən xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Mənbə
oxu.az