İdman

Laportadan "Barselona"nın Avropa Superliqasını tərk etmək qərarı barədə AÇIQLAMA

09 Feb 2026, 16:58 1 baxış
Laportadan "Barselona"nın Avropa Superliqasını tərk etmək qərarı barədə AÇIQLAMA
"Barselona"nın prezidenti Xuan Laporta Kataloniya klubunun Avropa Superliqası layihəsindən niyə çıxmaq qərarına gəldiyini izah edib. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb. "Bu, reallaşması mümkün olmayan bir layihə idi. Hamısı xərc idi, heç bir faydası yox idi. "Real Madrid"lə münasibətlərimiz yaxşı olmadığı üçün narahat idik. Avropa ailəsinə qayıtdıq. Superliqadan çıxdığımızı rəsmi olaraq elan etdik. FIFA ilə münasibətlər qurduq. Çeferinlə aramızda hər şey qaydasındadır. Avropa futbolunun davamlı inkişafını təmin etmək üçün bütün təşkilatlara qayıdacağıq", - deyə Laporta açıqlamasında qeyd edib. Qeyd edək ki, yeni Avropa klub futbol turnirinin (Avropa Superliqası) yaradılması barədə 2021-ci ildə qərar verilib. "Barselona" Superliqanın 12 təsisçi üzvündən biri kimi çıxış edib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) layihəni tənqid edib, eləcə də bildirib ki, orada iştirak edən bütün klublar yerli, Avropa və digər beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər