İdman

İngiltərə təmsilçisi "Qarabağ" azarkeşlərinə neçə yer ayıracaq?

09 Feb 2026, 14:58 1 baxış
İngiltərə təmsilçisi "Qarabağ" azarkeşlərinə neçə yer ayıracaq?
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted"-"Qarabağ" oyununda təmsilçimizin azarkeşləri üçün ayrılan biletlərin sayı açıqlanıb. Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İngiltərədə keçiriləcək matçda "Qarabağ"ı dəstəkləmək üçün 2 466 bilet ayrılıb. Azarkeşlər bu oyun üçün biletləri bu gün saat 15:00-da iTicket.az saytından əldə edə bilərlər. Qeyd edək ki, "Qarabağ" və "Nyukasl Yunayted" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər