İdman

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı iki medalla başa vurub

09 Feb 2026, 13:28 1 baxış
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı iki medalla başa vurub
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə "WTT Youth Star Contender Tunis 2026" yarışında uğurla çıxış edib. Stolüstü Tennis Federasiyasından Oxu.Az-a bildirilib ki, U-15 yaş qrupunda mübarizə aparan idmançı fərdi yarışda bütün rəqiblərini üstələyərək finala yüksəlib. Milli üzvü həlledici qarşılaşmada ispaniyalı Ladimir Mayorova uduzaraq gümüş medala sahib çıxıb. Qeyd edək ki, O.Quluzadə daha əvvəl eyni turnirin qoşa yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı iki medalla başa vurub
Mənbə oxu.az

Oxşar Xəbərlər