İdman

ÇL: “Qarabağ”ın səfər oyunu üçün biletlər satışa çıxarılır

09 Feb 2026, 13:00 1 baxış
ÇL: “Qarabağ”ın səfər oyunu üçün biletlər satışa çıxarılır

"Qarabağ"ın İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər bu gün satışa çıxarılacaq.


Bu barədə Axar.az-a Ağdam təmsilçisindən məlumat verilib.


Azarkeşlər saat 15:00-dan iTicket.az saytından biletləri əldə edə bilərlər.


Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər