İdman

Mbappe Ronaldu, Messi və Suaresin nəticələrini təkrarladı

09 Feb 2026, 12:32 1 baxış
Mbappe Ronaldu, Messi və Suaresin nəticələrini təkrarladı
"Real Madrid"in hücumçusu Kilian Mbappe La Liqada 22 turda ən azı 23 qol vurmağı bacaran oyunçular siyahısına düşüb. Oxu.Az xəbər verir ki, fransız futbolçu gecəyarı keçirilən "Valensiya" - "Real Madrid" oyununda fərqlənməklə unikal nəticəyə nail olub. Daha əvvəl "Barselona"nın sabiq futbolçuları Luis Suares (23), Lionel Messi (35) və "Real Madrid"in keçmiş hücumçusu Kriştianu Ronaldu (28) bunu bacarıblar. Qeyd edək ki, Kilian Mbappe hazırda Avropanın Top-5 liqasında ən uzun qol seriyasına malik futbolçudur və La Liqada son altı oyunda yeddi qol vurmağı bacarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər