Mədəniyyət

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - Afişa

09 Feb 2026, 11:20 1 baxış
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - Afişa
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik. Oxu.Az xəbər verir ki, siyahıda fevralın 9-dan 15-dək paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Fevralın 12-də-də, saat 19:00-da Vilyam Şekspirin "Ledi Maqbet" tamaşası olacaq. Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Fevralın 13-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Fevralın 14-də saat 19:00-da Məmməd Səid Ordubadinin "Qəribə inanc" tamaşası təqdim ediləcək. Tarixi dram janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti: 8-15 manat.
Fevralın 15-də saat 19:00-da H. Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası oynanılacaq. Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 10-25 manat.
Milli Gənc Tamaşaçılar Teatrında: Fevralın 12-də saat 19:00-da Azərbaycan Dövlət YUĞ Teatrının "Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası Mikayıl Mikayılovun quruluşçu rejissorluğu ilə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş ediləcək. Biletlərin qiyməti: 5-20 manat.
Fevralın 13-də saat 19:00-da Bengt Alforsun "35 ildən sonra" tamaşası oynanılacaq. Quruluşçu rejissor Müşfiq Əliyevdir. Biletlərin qiyməti: 10 manat.
Fevralın saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası nümayiş ediləcək. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 10-15 manat.
Fevralın 15 də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur. Biletlərin qiyməti: 10-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında: Fevralın 7-də saat 12:00-da Emin Sabitoğlu və Yevqeniy Şvartsın "Qırmızı papaq" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Qrafkindir. Biletlərin qiyməti: 7 manat.
Fevralın 10-da saat 11:00-da azyaşlı tamaşaçılar üçün Ş.Peronun "Yatmış gözəl" hekayəsi əsasında Anar Sadıqovun "Yatmış gözəl və cırtdanlar" tamaşası baş tutacaq. Quruluşçu rejissor Elşad Rəhimzadədir. Biletlərin qiyməti: 7 manat.
Fevralın 12-də saat 13:00-da Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operasının və Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşa planlaşdırılıb. Biletlərin qiyməti: 8-15 manat.
Fevralın 13-də saat 19:00-da "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" tamaşası oynanılacaq. Quruluşçu rejissoru Samir Qulamovdur. Biletlərin qiyməti: 10-20 manat.
Fevralın 14-də saat 19:00-da Əmir Pəhləvanın "Sevənlərindir dünya" tamaşası nümayiş olunacaq. Quruluşçu rejissor Elməddin Dadaşovdur. Biletlərin qiyməti: 8 manat.
Fevralın 15-də saat 17:00-da "Utancaq qız" tamaşası nümayiş olunacaq. Tamaşanın ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Biletlərin qiyməti: 8 manat.
Fevralın 15-də saat 19:00-da "Bəxtiyar" musiqili komediyası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevdir. Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Fevralın 14-də saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 5-15 manat.
Fevralın 15-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası Mikayıl Mikayılovun quruluşçu rejissorluğu ilə təqdim ediləcək. Biletlərin qiyməti 5-15 manatdır.
Akademik Rus Dram Teatrı: Fevralın 13-də saat 19:00-da "Karmen. Xosenin hekayəsi" fatal psixodraması oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Tural Mustafayevdir. Biletlərin qiyməti 15-25 manatdır.
Fevralın 14-də saat 19:00-da Ceyn Ostinin romanı əsasında "Emma" tamaşası nəzərdə tutulub. Quruluşçu rejissor Raulya Türkkandır. Biletlərin qiyməti: 15-25 manat.
Fevralın 15-də saat 19:00-da "Kərpic dolu çamadanın açarı" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Emin Mirabdullayevdir. Biletlərin qiyməti: 15-25 manat.
Heydər Əliyev Sarayında: Fevralın 14-də saat 19:00-da Əməkdar artisti Abbas Bağırovun konserti baş tutacaq. Biletlərin qiyməti: 40-200 manat.
Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər