İdman

Avstriyalı snoubordçu Qış Olimpiya Oyunlarının ən yaşlı qalibi oldu

09 Feb 2026, 04:56 1 baxış
Avstriyalı snoubordçu Qış Olimpiya Oyunlarının ən yaşlı qalibi oldu
Avstriyalı snoubordçu Benyamin Karl fərdi idman növündə Olimpiya Oyunlarının ən yaşlı qalibi olub. Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. Fevralın 8-də B.Karl paralel nəhəng slalom yarışında 40 yaş 115 günlüyündə Olimpiya qızıl medalını qazanıb. Bundan əvvəlki rekord 2014-cü ildə Soçidə keçirilən Olimpiya Oyunlarında norveçli Ule-Eynar Björndalen müəyyən etmişdi. O, xizək yürüşünün sprint növündə 40 yaş 12 günlüyündə qalib gəlmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər