Dünya

Filippində yarım milyon insan tropik fırtınadan zərər görüb

09 Feb 2026, 02:32 2 baxış
Filippində yarım milyon insan tropik fırtınadan zərər görüb
Filippinin cənubunda 500 minə yaxın sakin "Basyanq" tropik fırtınasının fəsadlarından zərər çəkib. Oxu.Az bildirir ki, bu barədə GMA telekanalı Mülki Müdafiə İdarəsinə istinadən xəbər verir.
Daşqınlar və torpaq sürüşmələri ilə müşayiət olunan təbii fəlakət nəticəsində azı 12 nəfər həlak olub. Qeyd edək ki, Filippində hər il təxminən 20 tayfun və fırtına qeydə alınır. Ötən ilin ən güclü fırtınalarından biri küləyin sürəti saatda 185 km-ə çatan "Funq-Vonq" tayfunu olub. O vaxt hökumət orqanları 900 mindən çox insanı təhlükəsiz yerlərə təxliyə etmişdi.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər