İdman

Azərbaycan karateçiləri Avropa birinciliyində altı medal qazanıblar

09 Feb 2026, 01:24 1 baxış
Azərbaycan karateçiləri Avropa birinciliyində altı medal qazanıblar
Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilib. Oxu.Az xəbər verir ki, nüfuzlu turnirdə 50-yə yaxın ölkədən təxminən 1 500 idmançı iştirak edib. Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub. Milli komandamız Avropa birinciliyində 6 medal qazanıb. Yarışın ilk günlərində Azərbaycan karateçiləri dörd bürünc medal əldə ediblər. Belə ki, Salman Salmanov kata növündə, Cansu Əhmədzadə (66 kq), Rəvan Abasov (61 kq) və Aslan Dostuyev (60 kq) isə gənclər arasında üçüncü yeri tutublar. Fevralın 8-də keçirilən final görüşlərində isə Azərbaycan komandası medal hesabını daha da artırıb. Ələddin Məlikov (68 kq) gənclər arasında qızıl, Vüsal Qənbərov (55 kq) gümüş medal əldə edib. Beləliklə, Limassolda keçirilən Avropa birinciliyində Azərbaycan karateçiləri bir qızıl, bir gümüş və dörd bürünc olmaqla ümumilikdə altı medal qazanıblar.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər