İdman
Sistemli inkişaf, real nəticələr - Ölkəmizdə qadın futbolu necə yüksəlir?
Bir zamanlar "qız hara, futbol hara?" kimi yanaşmalar səslənsə də, bu gün Azərbaycanda qadın futbolu sürətli inkişafı ilə diqqət çəkir. Son illərin dinamikası göstərir ki, xanımlarımız yaşıl meydanlarda öz yerlərini möhkəmləndirməkdə israrlıdırlar. Maraqlıdır ki, bu sahədə legioner həyatı yaşayan qadın futbolçularımızın sayı artır. Qadın futbolçularımız Avropanın müxtəlif ölkələrində, güclü və iddialı klubların heyətində uğurla çıxış edirlər. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir. Superliqadan Bundesliqaya qədər Qadın futbolçulardan ibarət əsas milli komandamızın "FIFA Tri Nations Women's Football Series 2025" turniri üçün heyətinə nəzər saldıqda maraqlı mənzərə ortaya çıxır. Belə ki, 23 futbolçudan 15-i hazırda ölkə xaricində çıxış edir. Siyahıda Türkiyə Superliqasının iddialı klubları olan "Fənərbağça" və "Beşiktaş", Rusiyanın "Zenit", Qazaxıstanın isə "Aktobe" kimi güclü komandalarının adlarına rast gəlmək mümkündür. Üstəlik, futbolçularımız bu klublarda sadəcə heyətdə yer almır, əsas oyunçu statusu ilə çıxış edirlər.
Son günlər legioner həyatı yaşayan futbolçularımızın sırasına daha iki ad əlavə olunub. Alina Nəhmədova "Neftçi"dən Serbiyanın köklü klublarından olan "Partizan"a transfer edilib. "Ağ-qaralar"ın digər üzvü Coşqunə Əliyeva isə karyerasını Türkiyədə davam etdirərək "Qaziantep"in formasını geyinəcək. Son günlərin ən diqqətçəkən xəbəri isə Nigar Mirzəliyevanın Almaniya Bundesliqasına transferidir. Daha əvvəl Rusiyanın "Zenit" klubunda uğurla çıxış edən futbolçu bundan sonra "Hamburq"un şərəfini qoruyacaq. O, sözügedən klubla 2.5 illik müqavilə imzalayıb. Bu transfer Azərbaycan qadın futbolu üçün Bundesliqaya atılan ilk addım kimi tarixə düşür.
Nigarın uğurlu karyera yolu Mirzəliyeva azərbaycanlı qadın futbolçular arasında ən diqqətçəkən simalardan biridir. Gənc oyunçu xüsusilə Rusiyada göstərdiyi oyunla adından söz etdirməyi bacarıb. Sankt-Peterburq təmsilçisi "Zenit"in heyətində çıxış edən Nigar ötən il Rusiya Superлubokunun qalibi olmaqla diqqət mərkəzinə düşüb. 2022-ci ildən "Zenit"in formasını geyinən futbolçu qısa zamanda komandanın aparıcı simalarından birinə çevrilib. Onun adı dəfələrlə Rusiya çempionatında turun rəmzi komandasına düşüb ki, bu da stabil və yüksəksəviyyəli çıxışın göstəricisi idi. Nigar Mirzəliyeva "Zenit"lə ikinci dəfə Rusiya Superkubokunu qazanmaqla yanaşı, 2023 və 2024-cü illər mövsümlərində ölkə çempionu tituluna da sahib çıxıb. U-17 və U-19 milli komandalarımızda çıxış etmiş futbolçu hazırda əsas milli yığmanın da aparıcı üzvlərindən sayılır. Klub səviyyəsində "Rubin"də başlayan, "Zenit"də davam edən uğurlu karyera yolu indi Almaniya Bundesliqasında daha yüksək mərhələyə qədəm qoyur.
Bundesliqaya transfer Azərbaycan qadın futbolu üçün yeni bir səhifə olmaqla yanaşı, Mirzəliyevanın fərdi inkişafında da mühüm mərhələdir. O, Almaniyada ölkəmizi layiqli təmsil etməklə böyük hədəflərə doğru addımlamağı qarşısına məqsəd qoyub: "Hamburq"a keçdiyim üçün çox xoşbəxtəm. Bundesliqada oynayacaq ilk azərbaycanlı qadın futbolçu olduğum üçün qürurluyam. "Hamburq" zəngin tarixə malik olan klubdur. Burada yaxşı çıxış etməyə, ölkəmizi daha uğurlu təmsil etməyə çalışacağam. Hədəflərim böyükdür. Böyük uğurlara imza atacağıma inanıram". Qadın futbolu necə yüksəlir? Hazırda Azərbaycanda qadın futbolunun inkişafı sistemli baş verir. U-12, U-14, U-16 və Yüksək Qızlar Liqasının keçirilməsi bu sahədə real addımların olduğunu göstərir. Bu liqalar qadın futbolunun yalnız yuxarı səviyyədə yox, aşağı yaş qruplarından etibarən formalaşmasına imkan yaradır. Önəmli məqamlardan biri odur ki, qadın futbolu artıq təkcə paytaxt Bakı ilə məhdudlaşmır. Son illərdə bölgələrdə komandalar yaradılıb, yerli klublar qızlardan ibarət kollektivlər formalaşdırmağa başlayıblar. Bu da istedadların üzə çıxması üçün daha geniş mühit yaradır.
Düzdür, hazırkı mərhələdə ümumi rəqabət hələ yüksək səviyyədə deyil. Komandalar arasında səviyyə fərqi qeydə alınan hesablarla açıq şəkildə hiss olunur və bu, liqaların keyfiyyətinə təsir göstərir. Bundan əlavə, mental məsələlər hələ də qadınların futbola inteqrasiyasında ciddi maneə olaraq qalır. Lakin vacib olan odur ki, liqalar keçirilir, struktur qurulur, davamlılıq təmin olunur. Bu addımların nəticəsi artıq görünməkdədir: daha çox qız futbola cəlb olunur, milli komandalar üçün baza genişlənir, legioner həyatı yaşayan futbolçuların sayı artır.
Real nəticələr 2023-cü ildə qadın futbolçulardan ibarət milli komandamız UEFA Millətlər Liqasında B Liqasına vəsiqə qazanmaqla hamımızı qürurlandıran tarixi bir uğura imza atmışdı. Düzdür, burada möhkəmlənmək mümkün olmadı, lakin qızlarımız heç bir komandaya asanlıqla təslim olmadılar, sona qədər vuruşdular. Son olaraq isə qadın millimiz yazının əvvəlində qeyd etdiyimiz "FIFA Tri Nations Women's Football Series 2025" turnirinin qalibi olmaqla inkişaf prosesinin nəticə verdiyini göstərdi. Bəlkə də bunlar hələ böyük titullar deyil, amma atılan addımların nəticəsiz qalmadığını deməyə əsas verir. Əsas məsələ bu prosesi qorumaq, genişləndirmək və davamlı etməkdir.

Mənbə
oxu.az