İdman

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Liverpul"la görüşdə geridönüş etdi

08 Feb 2026, 23:00 5 baxış
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Liverpul"la görüşdə geridönüş etdi
İngiltərə Premyer Liqası mövsümünün 25-ci turunda "Liverpul" və "Mançester Siti" arasında keçirilən oyun başa çatıb. Oxu.Az xəbər verir ki, "şəhərlilər" səfərdə 1:2 hesabı ilə qalib gəliblər. 74-cü dəqiqədə "Liverpul"dan Dominik Soboslay hesabı açıb. Bernardo Silva 84-cü dəqiqədə bərabərlik qolunu vurub Erlinq Holand 90+3-cü dəqiqədə penaltini qola çevirərək qonaqların qələbəsini təmin edib. Bu oyundan sonra "Liverpul" 39 xalla altıncı, "Mançester Siti" 50 xalla ikinci yerdədirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər