İdman

Amerikalı xizəkçi Lindsi Vonn Olimpiya Oyunlarında ciddi zədə aldı

08 Feb 2026, 19:48 1 baxış
Amerikalı xizəkçi Lindsi Vonn Olimpiya Oyunlarında ciddi zədə aldı
Amerikalı dağ xizəkçisi Lindsi Vonn İtaliyada keçirilən Olimpiya Oyunlarında eniş yarışı zamanı ciddi zədə alıb. Oxu.Az-ın iz.ru-ya istinadən verdiyi xəbərə görə, 41 yaşlı idmançı yıxıldıqdan sonra helikopterlə təxliyə edilib. Hadisə yarışın 25 dəqiqəlik dayandırılmasına səbəb olub.
Xatırladaq ki, Vonn yanvarın sonlarında Dünya Kuboku mərhələsində yıxılaraq diz bağlarını zədəlmişdi. Buna baxmayaraq, o, Olimpiadada iştirak edəcəyini açıqlamışdı. L.Vonn 2010-cu il Olimpiya çempionu, ikiqat bürünc bürünc mükafatçı, və ikiqat dünya çempionudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər