İdman
Azərbaycan Premyer Liqası: "Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi
Misli Premyer Liqasında XIX turun oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Sabah" evdə "Araz-Naxçıvan"ı məğlub edib. "Bank Respublika Arena"da baş tutan görüş Bakı klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah"ın qollarını Umarali Raxmonaliyev (9-p.), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) rəqib qapısından keçiriblər. "Araz-Naxçıvan"ın heyətində isə Felipe Santos (86) fərqlənib. Bununla da xallarının sayını 46-ya çatdıran Bakı təmsilçisi turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. 27 xala malik "Araz-Naxçıvan" 6-cı pillədədir. Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək. Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.

Mənbə
oxu.az