Dünya

İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub

08 Feb 2026, 18:54 2 baxış
İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
İtaliyada Olimpiya Oyunlarının keçirildiyi yerlərin yaxınlığında xizək sürərkən baş verən qar uçqunu nəticəsində azı üç nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Məlumata əsasən, bir xizəkçinin ölümü ilə nəticələnən ilk insident Dolomit dağlarındakı Marmolada buzlağında baş verib. Qeyd olunur ki, hadisə yerinin yaxınlığında dağ xizəyi idmanının qadınlar arasında yarışlarının keçirildiyi Kortina-d'Ampetso şəhəri yerləşir. Daha iki nəfər isə kişilər arasında dağ xizəyi yarışlarının keçirildiyi Bormio şəhərindən təxminən 65 km məsafədə yerləşən Albozaca kəndi yaxınlığında eniş zamanı həlak olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər