İdman
Millətlər Liqası: Yığma bu dəfə Litva sınağında
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti matçını keçirəcək.
Axar.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv D Liqasının 2-ci qrupunda Bakıda Litva yığması ilə üz-üzə gələcək.
Portuqaliyalı FİFA referisi Qustavo Korreyanın idarə edəcəyi qarşılaşmaya 8-ci km stadionunda, saat 17:00-da start veriləcək.
Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.
Mənbə
axar.az